ABŞ dövlət katibinin müavini Elison Huker Azərbaycana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Hukerin Ermənistana da səfər edəcəyi təsdiqlənib. İki ölkəyə ziyarətin 15-21 noyabr tarixləri arasında baş tutacağı bildirilir.
Qeyd edək ki, Hukerin İrəvana səfəri zamanı “Tramp marşrutu” və Türkiyə–Ermənistan münasibətləri ilə bağlı erməni rəsmilərlə müzakirə aparacağı açıqlanıb.














