Xoşqədəmin verilişinə o aparıcılıq edir

Xoşqədəmin verilişinə o aparıcılıq edir

Aparıcı Xoşqədəm Hidayətqızı “Günaydın, Azərbaycan” proqramından bir müddətlik gedib.

Globalinfo.az “Axşam.az”a istinadla xəbər verir ki, proqramın yeni mövsüm buraxılışı ötən gün efirə verilib.

Xoşqədəm Hidayətqızı verilişi Mikayıl Güləddinoğlu ilə birlikdə aparıb. Bu gün isə Mikayıl efirə tək çıxıb.

“Bu verilişi valideynlərim üçün açmışdım. Mövsümə onlarla başlayırdım. İndi mənə çox çətindir. Ağır günlər keçirirəm. Verilişdə ailə obrazı göstərmək üçün yaradılmışdı. Ata və anamın ölümündən sonra qolum qalxmır. Rəhbərliyə dedim ki, veriliş bağlanmasın, başqa adam gətirin. Özümü toparlayana qədər Mikayıl olacaq. Mən də gəlib gedəcəyəm”, – deyə, xanım aparıcı bildirib.

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı bir müddət əvvəl valideynlərinin ikisini də itirib.