Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızına ağır itki üz verib.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Əməkdar jurnalistin atası bu gün səhər saatlarında vəfat edib.
Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.
Xatırladaq ki, Xoşqədəm Hidayətqızının anası Ofelya Baxşəliyeva bu ilin aprel ayında dünyasını dəyişmişdi.














