Modriç Messidən danışdı

Modriç Messidən danışdı

Xorvatiya millisinin ulduzu və kapitanı Luka Modriç dünya çempionatının yarımfinal mərhələsində Argentinaya qarşı keçirəcəkləri matçdan danışıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Lionel Messini rəqibin əsas fiquru adlandırıb:

“O, Argentina millisinin ən yaxşı futbolçusudur. Messini dayandırmaq bizim üçün çox çətin olacaq. Lakin biz hazırıq və əlimizdən gələni edəcəyik”.