Xocavənddə mərmi və patronlar aşkar edildi

Xocavənddə mərmi və patronlar aşkar edildi

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı Zoğalbulaq kəndi ərazisindən 60 ədəd müxtəlif növ mərmi və 26 ədəd patron aşkar edilib.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Aşkar edilən müxtəlif növ mərmi və patronlar aidiyyəti üzrə təhvil verilib.