Xırdalan şəhərində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az Report-a istinadən məlumat verir ki, hadisə Xırdalan-Saray yolunda qeydə alınıb.
Belə ki, İlkin Paşayev idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili ilə yolu keçən piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.














