XİN rəhbərləri Özbəkistanda görüşdü – FOTOLAR

XİN rəhbərləri Özbəkistanda görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığın siyasi, təhlükəsizlik, iqtisadi və nəqliyyat, humanitar istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional gündəmdə yer alan aktual məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

    Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında formalaşmış fəal siyasi dialoqun, regional platformaların əlaqələrin möhkəm əsasını təşkil etdiyi qeyd olunub.

    Nazirlər regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün birgə səylərin önəmini qeyd ediblər.

    Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    ***12:10

    AzərbaycanGürcüstan xarici işlər nazirləri Ceyhun Bayramovla Maka Boçorişvili arasında görüş keçirilib.

    Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

    Görüş Özbəkistanda keçirilən UNESCO Baş Konfransı çərçivəsində baş tutub.

    Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

    XİN rəhbərləri Özbəkistanda görüşdü - FOTOLAR
    XİN rəhbərləri Özbəkistanda görüşdü - FOTOLAR