XİN başçıları ABŞ-da bir araya gəldi: Gündəm Cənubi Qafqaz, Zəngəzur dəhlizi, antiterror tədbirləri…

XİN başçıları ABŞ-da bir araya gəldi: Gündəm Cənubi Qafqaz, Zəngəzur dəhlizi, antiterror tədbirləri...

“Üç ölkənin XİN başçılarının indiki məqamda bir araya gəlməsi diqqət çəkir. Xüsusilə də bu görüşün Azərbaycanın bir neçə gün öncə gerçəkləşdirdiyi antiterror tədbirlərindən dərhal sonra baş tutması görüşə dair ilkin ip ucları verir”.

Bu sözləri Globalinfo.az-a politoloq Tural İsmayılov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyənin xarici işlər naziri Hakan Fidanın iştirakı ilə Nyu-Yorkda baş tutan Astana formatında üçtərəfli görüşü şərh edərkən deyib.

XİN başçıları ABŞ-da bir araya gəldi: Gündəm Cənubi Qafqaz, Zəngəzur dəhlizi, antiterror tədbirləri...

Tural İsmayılov

Onun sözlərinə görə, Türkiyə, İran, Rusiya xarici işlər nazirlərinin görüşü vacib və əhəmiyyətlidir:

“Hər üç ölkə regionun əsas aparıcı güc faktorudur. Müzakirəyə ehtiyac görülən mövzular çox idi. Xüsusilə də regionda baş verən son proseslər bu görüşü mütləq edirdi.

İlk öncə onu qeyd edim ki, son dövrlər Türkiyə və Rusiya arasında bir çox coğrafiyalarda konseptual fikir ayrılıqları olsa da etiraf etmək lazımdır ki, hazırda Ankara-Moskva münasibətləri tarixinin ən yaxşı dövrünü yaşayır. Təbii ki, belə olan təqdirdə İranı narazı salan məqamlar ortaya çıxır.

Rəsmi Tehran indiki məqamda narahatdır. Türkiyə və Rusiya yaxınlaşması İranın regional maraqları baxımından risk faktorlarını artırır.

Görüşdə müzakirə edilən mövzulara gəldikdə isə deyə bilərəm ki, 3 əsas mövzu müzakirə edilib:

1. 3+3 formatında regional əməkdaşlıq;
2. Azərbaycanın keçirdiyi antiteror tədbirləri;
3. Zəngəzur dəhlizi;

Gündəlikdə olan bu üç mövzu ətrafında müzakirələrin nəticələri haqda nə isə demək çətindir, lakin Ankara və Moskvadan fərqli olaraq Tehranın mövqeyi eynilik təşkil etmir”.

Turan Rzayev
Globalinfo.az