Bayramovla Mirzoyan Moskvada görüşə bilər – Arutyunyan

Bayramovla Mirzoyan Moskvada görüşə bilər - Arutyunyan

“İrəvan Rusiya tərəfinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün Moskvada keçirilməsi ilə bağlı təklifini nəzərdən keçirir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan deyib.

“Müxtəlif təkliflər və müzakirələr var, lakin hələ konkret razılaşmalar yoxdur. İş qrafiki ilə bağlı müəyyən çətinliklər mövcuddur. Ermənistan tərəfi heç bir təklifdən imtina etmir”, – Arutyunyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az