Xəzərdə 23 yaşlı gənc batdı

Xəzər dənizində 23 yaşlı gənc batıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Novxanı çimərliyində qeydə alınıb.

2001-ci il təvəllüdlü Samir Mikayıl oğlu Haqverdiyev dənizdə çimərkən boğulub.

Meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.