Xəzər TV-də tanınmış aparıcının nəfəsi kəsiləcəkdi – VİDEO

Xəzər TV-də tanınmış aparıcının nəfəsi kəsiləcəkdi – VİDEO

Bu gün Xəzər TV-nin “Xəbər ertəsi” verilişinin efirində aparıcı Aytən Səfərovanın qurumlardan birinin adı ilə bağlı çıxışı maraqla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, o, indiyə qədər ən uzun qurum adı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu olduğunu düşündüyünü bildirib.

Aparıcı ən uzun adı olan qurumun Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu olduğunu deyib.

Sosial şəbəkə istifadəçiləri qurumun adını deyərkən aparıcının, az qala, nəfəsinin kəsiləcəyini qeyd ediblər.

Ətraflı videoda:

Zaira Akifqızı
Globalinfo.az