Müğənni Əli Mirəliyevin xəstəxanaya yerləşdirilməsinə səbəb itinin ona hücum etməsi olub
Globalinfo.az “Axşam.az”a istinadla xəbər verir ki, bu haqda “Elgizlə izlə“ verilişində deyilib.
İti üstünə tullanan Əli Mirəliyev yıxılıb və omba sümüyünü sındırıb. Hadisədən sonra Mirəliyev təcili xəstəxanaya aparılıb. Əməliyyat olunaraq müğənniyə protez qoyulub. Onun hazırda reanimasiyada olduğu bildirilib.
*** 15:54
Xəstəxanaya yerləşdirilən tanınmış müğənni Əli Mirəliyevin son durumu açıqlanıb.
Globalinfo.az bildirir ki, Oxu.Az-a açıqlama verən sənətçinin qızı Samirə Mirəliyeva bildirib ki, atasının vəziyyəti qənaətbəxşdir:
“İndicə reanimasiyadan çıxarıb palataya köçürdülər”.