Çarli Çaplinin qızı vəfat etdi

Komediya əfsanəsi Çarli Çaplinin qızı aktrisa Cozefina Çaplin 74 yaşında Fransada vəfat edib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, o, iyulun 13-də dünyasını dəyişsə də, ailəsi rəsmi olaraq ölüm xəbərini bu gün elan edib.

Xatırladaq ki, Cosefina Çarli Çaplinin dördüncü arvadı Una O’Nildən olan övladıdır.