Xəstəxanaya yerləşdirildiyi deyilən Rasim Balayev danışdı: 3 həftə sonra…

Xəstəxanaya yerləşdirildiyi deyilən Rasim Balayev danışdı: 3 həftə sonra...

“Xəstəxanada sadəcə, bir gün qaldım. Həftənin cümə günündən evdəyəm”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Xalq artisti Rasim Balayev xəstəxanaya yerləşdirilməsi xəbərinə aydınlıq gətirərkən deyib.

O, əməliyyat olunduğunu bildirib:

“7 ildir bel ağrısından əziyyət çəkirəm. Həkim məni fizioterapiyaya yönləndirirdi hər dəfə, mən də gedirdim. Məlum oldu ki, belimdə yırtıq var və mənə fizioterapiya ümumiyyətlə, olmaz. Cümə axşamı getdim, yüngül əməliyyat oldu. Hazırda müalicəmi evdə davam etdiririəm. Bilirsiniz, yırtıq səbəbindən ayaqlarım tutulurdu. Əməliyyatdan sonra yaxşı olub-olmamağım üçün 3 həftə vaxt keçməlidir. gözləyirəm də…”

Zaira Akifqızı
Globalinfo.az