Xəstəxanaya düşən “şofer Əhməd”dən xəbər var

Kinorejissor Əməkdar artist Elxan Qasımovun səhhətində nisbətən irəliləyiş var.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya kinorejissorun qızı məlumat verib.

Onun sözlərinə görə, Elxan Qasımov hələ də reanimasiyadadır: “Dializ olunur, qan köçürülür. Çoxlu qan itirib”.

Qeyd edək ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Əməkdar artist Elxan Qasımov mayın 9-da əməliyyat olunub. Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub. O, hazırda özəl xəstəxanaların birində reanimasiyadadır.