Xəstə olan hamilə qadın öldü

 

Xəstə olan hamilə qadın öldü

Tərtərdə hamilə qadın evdə ölüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Tərtər rayonunun, Hüsənli kəndində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan 1995-ci il təvəllüdlü, 29-30 həftəlik hamilə vəziyyətdə olan Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb.

Mərhumun yaxınlarının sözlərinə görə, o, epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.