Xərçəngə düçar olan qadın özünü öldürdü

Xərçəngə düçar olan qadın özünü öldürdü

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, Cəlilabad şəhəri V.Mürsəlov küçəsində yaşayan 1966-cı il təvəllüdlü Minayə Əliş qızı Məmmədova özünü asaraq intihar edib. Onun meyiti həyətdə ağacdan asılı vəziyyətdə tapılıb.

Yaxınları M.Məmmədovanın xərçəng xəstəliyindən əziyyət çəkdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Malik
Globalinfo.az