Azərbaycanın Əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü dəfn edilib.
Globalinfo.az xəbər verir ki, sənətçi İkinci Buzovna qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.
***
Ötən gün vəfat edən Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, sənətçinin Buzovna qəsəbəsindəki evində keçirilən vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.
Mərasimdən sonra mərhum Əli ayağı qəbiristanlığında torpağa tapşırılacaq.
***
Mərhum qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü ilə vida mərasimi keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən bildirilib.
Bildirilib ki, Əməkdar artistlə vida mərasimi Buzovna qəsəbəsindəki evində keçirilir.
Qeyd edək ki, tanınmış qarmon ifaçısı uzunsürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.














