Birinci Qarabağ müharibəsi veteranı Gülpəri Əhmədova Türkiyədə xərçəng xəstəliyinə görə müalicə alır.
Globalinfo.az bildirir ki, bu barədə onun oğlu Pərviz Əhmədov Axar.az-a danışıb.
“Azərbaycanda anama bağırsaq xərçənginin 4-cü mərhələsi diaqnozu qoyuldu. Bakıda 9 kimyaterapiya aldı. Həkimlər dedi ki, xeyri yoxdur. Nəticə ala bilmədiyimizə görə, anamı Türkiyəyə gətirdim. Türkiyədəki professorlar ümid verir. Hazırda Ərzurumda 5 kimyaterapiya alıb. Müalicə davam edir”, – Əhmədov bildirib.
Əhmədov bildirir ki, maddi problemləri çoxdur, lakin anasının vəziyyəti yaxşılığa doğru edir. Buna görə də, müalicəni dayandırmaq niyyətində deyil.
Qeyd edək ki, Gülpəri Əhmədova Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə gedib. O, atəşkəs elan olunan günə qədər döyüşüb və xidmətlərinə görə medallarla təltif edilib.














