Müğənni Xatirə İslam yenidən əməliyyat etdirib.
Sənətçi bıçaq altına yatmasının səbəbini açıqlayıb.
O, bildirib ki, heç bir estetik müdaxilə etdirməyib:
“Əməliyyatımda bədənşəkilləndirmədən söhbət belə gedə bilməz. Bir çox qadınlarda olduğu kimi, süd vəzi problemimi həll etdik. Limfalarımda olan kistaların götürülməsi məsləhət görüldü. Hər şey yaxşıdır və artıq evdəyəm”.
Xatirə bildirib ki, Milli Onkologiya Mərkəzindən həkimlər dəvət edilib və əməliyyatı onlar icra edib.














