
Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə zərbə endirib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zərbə çoxmərtəbəli binaya dəyib.
Hadisə zamanı binanın 2 mərtəbəsi dağılıb. Nəticədə 2 nəfər həlak olub, daha 34 nəfər isə xəsarət alıb.
Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında hadisə yerindən görüntülər paylaşıb.














