dipl 01

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. Xarici diplomatları Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə danışıb. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, bu küçədə dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, iaşə obyektləri var. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşa daşlarından istifadə olunaraq, Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılır. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

Nümayəndə heyəti sonra Aşağı Gövhər Ağa məscidinə gəlib. Məlumat verilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb.

Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilib. İyirmi üç binadan ibarət yaşayış kompleksində keçmiş şuşalıların rahat yaşaması üçün hər cür şərait yaradılıb.

sda 1 sda 2 sda 3 sda 4 sda 5 sda 6 sda 7 sda 9 sda 10 sda 11 sda 12

***15:26

Diplomatik korpus nümayəndələri Şuşa şəhərində yeni inşa edilmiş yaşayış məhəlləsində olub.

Globalinfo.az xəbər verir ki, diplomatlar burada Böyük qayıdış çərçivəsində şəhərə köçürülən sakinlərə yaradılmış şəraitlə tanış olublar.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov diplomatik korpus nümayəndələrinə şəhərdə aparılan işlər barədə məlumat verib.

susa apa1

Diplomatik korpus nümayəndələri Şuşaya səfər edib - VİDEO - YENİLƏNİB - FOTO Diplomatik korpus nümayəndələri Şuşaya səfər edib - VİDEO - YENİLƏNİB - FOTO Diplomatik korpus nümayəndələri Şuşaya səfər edib - VİDEO - YENİLƏNİB - FOTO Diplomatik korpus nümayəndələri Şuşaya səfər edib - VİDEO - YENİLƏNİB - FOTO Diplomatik korpus nümayəndələri Şuşaya səfər edib - VİDEO - YENİLƏNİB - FOTO Diplomatik korpus nümayəndələri Şuşaya səfər edib - VİDEO - YENİLƏNİB - FOTO

***14:49

 

Qarabağda səfərdə olan diplomatik korpus nümayəndələrinin Xankəndi şəhərindən sonra Şuşaya səfəri başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinə şəhər haqqında məlumat verilib.

Diplomatlar Şuşada aparılan tikinti, bərpa və quruculuq işləri ilə tanış olacaqlar.

Diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başlayıb - VİDEO dipl 0Diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başlayıb - VİDEO Diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başlayıb - VİDEO Diplomatik korpus nümayəndələrinin Şuşaya səfəri başlayıb - VİDEO

***10:05

Diplomatik korpus nümayəndələri Qarabağ Universitetində olub.

Globalinfo.az xəbər verir ki, qonaqlar Universitetə baş çəkib, orada yaradılan şəraitlə tanış olublar.

Diplomatlara Qarabağ Universitetinin fəaliyyəti barədə ətraflı məlumat verilib.


8074f060 ea04 41a2 b7f4 df62d0508911
58f64942 2830 45df 8cd5 06d406b665c1

be5640f4 be83 438c a095 1f11f259fce7
0ff05a4c 30df 4a03 af70 f62335ef141c
8725533e 3aff 44a7 bd6a 5f6c57815d2a

***09:49

Diplomatik korpusun nümayəndələrinin Xankəndi şəhərinə səfəri başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonunda xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru qarşılayıb.

Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başlayıb - VİDEO - YENİLƏNİB dpDiplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başlayıb - VİDEO - YENİLƏNİB Diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başlayıb - VİDEO - YENİLƏNİB

Paylaş: