“Antalya Diplomatiya Forumuna artan marağın şahidi olmaq sevindiricidir”.
Globalinfo.az xəbər verir ki, bunu IV Antalya Diplomatik Forumunun (ADF) 2-ci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bu il dördüncü dəfə Antalya Diplomatiya Forumunda iştirak edib. Heyətimiz bu forumda hər il iştirak edir, şəxsən mən bütün forumlara qatılmışam”, – nazir bildirib.
ADF-də ildən-ilə iştirakçı sayının, aparılan müzakirələrin keyfiyyətinin artdığını bildirən nazir deyib ki, sözün əsl mənasında, bu, forumu dünyada ən önəmli platformalardan birinə çevirir:
“Təbii ki, bu da bizi sevindirir. Hesab edirəm, Türkiyə heyətindən sonra Azərbaycan ən çox nümayəndəsi ilə burada iştirak etdi. Burada dövlət nümayəndələri ilə yanaşı, bizim deputatlarımız, düşüncə mərkəzlərimiz, ekspertlərimiz və Azərbaycan mediası çox geniş təmsil olundu. Nümayəndələrimiz burada aparılan müxtəlif panel müzakirələrində də fəal iştirak etdilər”.