Xanlar Vəliyev bu vəzifəyə təyin olunacaq – Təsdiqləndi

Xanlar Vəliyev bu vəzifəyə təyin olunacaq - Təsdiqləndi

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə bir müddətdir ictimaiyyətdə gəzən söhbətlər təsdiqibi tapıb.

APA-nın əldə etdiyi məlumata görə, təyinat Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.