Xankəndidəki saxta “deputat” ermənilərə çağırış etdi – Fəlakət ssenarisi

“Sülh bizim nəyimizə lazımdır, əbəs yerə ümid bəsləməyin”.

Globalinfo.az xəbər verir ki, bu sözləri separatçı “deputat” Seyran Ayrapetyan bildirib.

O, ermənilərə üç variant təklif edib:

“Döyüşmək, danışıqlar aparmaq, yoxsa təxliyə edilmək? Məsələn, mən sonuncunun əleyhinəyəm, ikinci hələ təslim olmaq demək deyil, birinciyə ikinci uğursuz olacağı halda müraciət etmək olar. Geri qalanlar nağıldır. Bu, yalnız özləri üçün xoşdur, ancaq ciddi nəticələri də mövcuddur”.

Qeyd edək ki, separatçıların 44 günlük müharibədən sonra da qanunsuz hərbi fəaliyyətlərə son qoymadığı bəllidir. Bu gün onların yeni hərbi infrastruktur formalaşdırmasına dair kadrlar da yayılıb.

Tamerlan Yayaqan
Globalinfo.az