Xankəndidəki heykələ görə işdən çıxarılan Araz İmanov danışdı

Xəbər verdiyimiz kimi, Xankəndidəki “Biz və bizim dağlar” abidəsinin önündə şəkil çəkdirən Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işdən çıxarılıb.

Globalinfo.az Araz İmanovla əlaqə saxlayıb.

O, xəbəri təsdiq edib:

“Bəli, artıq Xüsusi Nümayəndəlikdə çalışmıram. İşdən çıxarılmağımın səbəbini Prezident Adminstrasiyasından dəqiqləşdirə bilərsiniz. Mən bununla bağlı açıqlama vermək səlahiyyətində deyiləm. Bayraq sağ olsun, Vətən sağ olsun! Əsas odur ki, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə yaralarımız sağalıb. Mənim harada işləməyimin bundan sonra heç bir fərqi yoxdur. Tanrı Azərbaycanı qorusun! Yaşasın Ali Baş Komandan!”.

Xatırladaq ki, A.İmanov Azərbaycan bayrağını həmin abidəyə asaraq fonda foto çəkdirmişdi. Onun bu fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb oldu.

Zaira Akifqızı
Globalinfo.az