Maşınlarımız Xankəndi yolunda: Araikdən daha bir ağlasığmaz addım

Azərbaycanın humanitar yardımını qəbul etməyən separatçı rejimin terror siyasəti nəticəsində Xankəndidə çörək istehsalı azaldılır.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçıların media resursları məlumat yayıblar.

Buna səbəb taxıl qıtlığı olub. Belə ki, taxıl qıtlığına görə çörək istehsalı bir qədər də azaldılacaq.

Qıtlıq səbəbindən çörəyin paylanması prosesinə silahlı “polislər” nəzarət edəcək.

Həmçinin bildirilib ki, qarğıdalı ununun hazırlanması və çörək istehsalı istiqamətində işlər davam etdirilsə də, hazırda yağıntılar ucbatından lazımi qədər qarğıdalı toplamaq müşkülə çevrilib.

Qeyd edək ki, ermənilər qıtlıq və aclıq olduğunu iddia etsələr də, Azərbaycan tərəfindən göndərilən humanitar yardımdan imtina edirlər. Bu isə əslində cari vəziyyətin ermənilər tərəfindən şişirdilərək təqdim olunduğunu göstərir.

Əliyar Xəlil
Globalinfo.az