
20:39
Xankəndidə keçiriləcək Zəfər paradından yeni görüntülər yayımlanıb.
Globalinfo.az xəbər verir ki, artıq son hazırlıqlar görülür.
Hazırda meydanın təmizlənməsi və yol nişanlanması işləri başa çatmaq üzrədir.
Qeyd edək ki, parad daha kiçik miqyasda 10 dekabr 2020-ci ildə Bakıda keçirilən paradı xatırladacaq. Müxtəlif növ qoşun bölmələri baş meydandan təntənəli marşla keçəcəklər. Parad iştirakçılarının böyük hissəsi İkinci Qarabağ Müharibəsinin iştirakçılarıdır.
Xankəndi Zəfərə hazırdır. Görüntüləri təqdim edirik:
Globalinfo.az














