Xankəndi şəhərində polis əməkdaşları tərəfindən döyüş silah-sursatlarının və partlayıcıların təmizlənməsi istiqamətində tədbirlər davam etdirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Şəhər ərazisində 2 ədəd “AKS-74”, 1 ədəd “AK-74M”, 4 ədəd “AK-47”, 1 ədəd “AK-103”, 4 ədəd “AKMS”, 5 ədəd “AK-74” markalı avtomat silah, 2 ədəd “TOZ” markalı ov tüfəngi, 1 ədəd “APS” markalı tapança, 2 ədəd “Makarov” markalı tapança, 6 ədəd qumbara, 1 ədəd “PK” markalı pulemyot, 2536 ədəd müxtəlif çaplı patron, 4 ədəd süngü-bıçaq, 39 ədəd patron darağı və 30 ədəd daraq aşkarlanıb.
Həmçinin Ağdərə şəhəri ərazisində 1 ədəd “F-1” qumbarası, 919 ədəd avtomat patronu, 9 ədəd patron darağı və 1 ədəd süngü bıçaq tapılıb. Silah-sursatı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları aşkarlayıb.