Xankəndidə xaos: Azərbaycanlılar qərar verir, ən böyük qorxu gerçəkləşir

“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılmasından sonra Qarabağdakı separatçıların düşdükləri aciz durum onlar arasında gərginliyi daha da artırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Past” qəzeti məlumat yayıb.

Məlumata görə, “müxalif” separatçılar artıq Araik Arutyunyanı kəskin ittiham etməyə başlayıblar. Onların ən böyük qorxuları isə Ermənistana gedən separatçıların qayıda bilməməsidir.

“Müxalif” Metakse Akopyan bildirib ki, “hökumət” bütün “qırmızı xətləri” keçib:

“Artıq bu gün “Laçın”da dayanan azərbaycanlı qərar verir ki, Qarabağı tərk edən erməni buraya qayıda bilər, ya yox”.

Akopyan separatçıların acizliyini bu fikirlərlə ifadə edib:

“Yaranmış vəziyyətlə əlaqədar “hökumət” insanlarla aktiv şəkildə görüşlər keçirib. Bu görüşlərdə yoldan istifadənin zərurət olması, bu yoldan başqa şans olmadığı üçün istifadə etdiklərini deyirlər”.

Tahir Turan
Globalinfo.az