Bakıda xanım müğənninin maşınından oğurluq edildi – MƏBLƏĞ

Bakıda xanım müğənninin maşınından oğurluq edildi - MƏBLƏĞ

Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 30-da rayon ərazisində “Range Rover” markalı avtomobildən 6000 manatın oğurlanması barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini T.Ağayev müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, “Qafqazinfo” pul oğurlanan avtomobilin tanınmış müğənni Nəfəsə məxsus olduğunu bildirib.