xamenei 900x600 1

Avqustun 10-u axşam saatlarında İranın Ali Milli Təhlükəsizlik Şurasına yaxınlığı ilə tanınan “Nour News” agentliyi ölkə mediasında Müctəba Xameneyinin yeni görüntüsünün yayımlandığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı paylaşım edib.

Bildirilib ki, görüntünün “yeni” olması ilə bağlı açıqlama bir sıra suallar doğurur. ABŞ və İsrailin İrana qarşı son hücumlarından sonra Xameneyi ictimaiyyət qarşısında açıq şəkildə görünməyib. Bu müddət ərzində İran mediasında onun əsasən əvvəlki illərə və ya daha əvvəl çəkildiyi ehtimal olunan görüntü və fotoları yayımlanıb.

İndi isə İran mediasının “yeni görüntü” təqdimatı fonunda diqqət çəkən məqam materialın dəqiq nə vaxt və hansı şəraitdə çəkildiyinin açıqlanmamasıdır.

Paylaş: