İranın Ali eəhbəri Ayətullah Əli Xameneinin müşaviri, Müdafiə Şurasının katibi Əli Şamxaninin öldürüldüyünə dair məlumatlar yayılıb.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə İsrail KİV çıxış edib.
Məlumata görə, o, ABŞ və İsrailin İrana hücum zamanı hədəf aldığı yüksək rütbəli rəsmilərdən biridir. Həmçinin başqa hökumət üzvlərinin də hücumlar nəticəsində həlak olduğu, SEPAH nümayəndələrinin öldürüldüyü bildirilir.
İsrail həmçinin Xamenei və İran Prezidenti Məsud Pezeşkianın əsas hədəf olduğunu açıqlayıb. Lakin hücumun nəticəsindən məlumat ala bilmədiklərini qeyd ediblər.
İran hökuməti isə hər iki şəxsin vəziyyətinin yaxşı olduğunu və hazırda təhlükəsiz yerdə saxlanıldıqlarını bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az