İsrailin müdafiə naziri İsrail Katz İranın Ali rəhbəri Əli Xameneiyə açıq şəkildə xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, Katz bu barədə fikirlərini sosial media hesabında paylaşıb.
O, Xameneiyə İraqın devrilmiş lideri Səddam Hüseynin taleyini xatırladıb.
“İsrailə qarşı eyni yola girən qonşu ölkənin diktatorunun başına gələn faciəni unutmamalısınız,” — İsrail Katz vurğulayıb.