Xameneidən Trampın məktubuna CAVAB – “Şübhəsiz ki…”

Xameneidən Trampın məktubuna CAVAB - “Şübhəsiz ki…”

Tramp öz tələblərini irəli sürməyə çalışır, lakin İran bunu qəbul etməyəcək.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bunu İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın danışıqlar çağırışına cavabında deyib.

“İran şübhəsiz ki, onların tələblərini qəbul etməyəcək”, – Xamenei qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Xameneiyə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını, hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini bildirib.