xamenei 131

***13:15

İranın Ali rəhbəri Əli Xamenei ölkədəki etirazlardan danışıb.

Globalinfo.az xəbər verir ki, o bu barədə xalqa müraciətində bəhs edib.

Xamenei etirazlara görə ABŞ Prezidenti Donald Trampı ittiham edib:

İran gəncliyi birliyini qoruyub, hər an hazır olmalıdır. Birləşmiş xalq istənilən düşmənə qalib gələ bilər.

Dünən gecə Tehranda və digər şəhərlərdə vandal qruplar ölkəyə məxsus binaları dağıdıb və bunu yalnız xarici maraqlar naminə, ABŞ Prezidentini (Donald Tramp) razı salmaq üçün ediblər. Belə çıxış edənlər öz ölkəsinə zərər verən üsyançılardır.

Bəzi insanlar hələ də onun sözlərinə inanır, lakin hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə ləyaqətli insanın qanı bahasına qurulub və ölkəni dağıdan qarşısında geri çəkilməyəcək.

Minlərlə iranlının ölümünə səbəb olmuş on iki günlük müharibəni xatırlamaq lazımdır.Bu zaman komandirlər, alimlər və sadə vətəndaşlar həyatını itirib. Mən əmrlər verirdim, müharibəni mən idarə edirdim”.

Qeyd edək ki, dekabrın 28-də İranın paytaxtı Tehranda sahibkarların başlatdığı etirazlar ölkənin 30-dan çox vilayətinə yayılıb. Təhlükəsizlik qüvvələri də daxil olmaqla, ümumilikdə 45 nəfər ölüb, onların arasında azyaşlılar və yeniyetmələrin də olduğu bildirilir. 2000-dən çox etirazçı həbs olunub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: