Xalq artistinin ölüm səbəbi açıqlandı

Xalq artisti İranə Tağızadə ürək tutmasından vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Firdovsi Atakişiyev APA-ya bildirib.

O, sabah saat 12:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında xalq artisti ilə vida mərasiminin keçiriləcəyini qeyd edib.