Xaçmazda dəhşətli qətl: Əkiz qardaşını buna görə öldürdü

Xaçmaz rayonunda əkiz qardaşların meyitinin tapılmasının təfərrüatı məlum olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Bakı şəhər sakinləri – 1992-ci il təvəllüdlü İsgəndərov Orxan Mirzə oğlu rayonun Yalama qəsəbəsi, Meşəli kəndinə babasına məxsus mülkün ona aid olduğunu bildirib.

Daha sonra onun əkiz qardaşı Kamranla arasında əlbəyaxa dava düşüb. Bu zaman qardaşlardan biri bıçaqla digərinin başını kəsib, sonra özünə xəsarət yetirib. Nəticədə hər iki şəxs ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq edilir.

***

Xaçmazda qətl hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, hadisə iyulun 7- də saat 15 radələrində Xaçmaz rayon Yalama qəsəbəsi Meşəli kəndində baş verib. Evlərin birində 31 yaşlı İsgəndərov Kamran və Orxan əkiz qardaşların kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət hadisəsi ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Əlavə məlumat veriləcək.