Tovuz döyüşlərinin səbəbkarı olan general aktivləşdi

Ermənistan ordusunun keçmiş baş qərargah rəisi, general Qriqori Xaçaturov İrəvanda Tavuş yepiskopu Baqrat Qalstyanın rəhbərliyi ilə keçirilən aksiyaya qoşulub. 

Globalinfo.az xəbər verir ki, bunu yepiskop hazırda İrəvanda keçirilən etiraz yürüşü zamanı açıqlayıb.

Qeyd edək ki, Q.Xaçaturov hər iki Qarabağ müharibəsində aktiv iştirak edib. O, Tovuz döyüşlərinin səbəbkarlarından hesab edilir. Q.Xaçaturov Rusiyanın Ermənistandakı əsas adamlarından, hətta ordudakı nümayəndələrindəndir. Xaçaturov bir müddət öncə Nikol Paşinyanın göstərişi ilə həbs edilsə də, yenidən azadlığa buraxılıb.

Ayşən Mustafa
Globalinfo.az