“Paşinyanın siyasəti sülh gətirməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Artur Xaçatryan deyib.
O bildirib ki, Paşinyanın yürütdüyü xarici siyasət ölkəyə sülh gətirməyəcək:
Paşinyan desə ki, biz birtərəfli güzəştlərə getməliyik, o zaman aqressiv mühit onu parçalayacaq. Xüsusilə belə aqressiv şəraitdə Ermənistan öz ərazi bütövlüyü və suverenliyini təmin etməyi bacarmalıdır. Bu, döyüşə hazır ordu, çevik diplomatiya və sabit iqtisadiyyat sayəsində mümkündür”.
Erməni deputat hesab edir ki, Paşinyan sülh gündəminin həyati əhəmiyyətli olduğunu göstərməyə çalışır:
O, hələ də danışıqlar aparır. Amma əslində danışıqların, dövlətin siyasəti və fəlsəfəsi dəyişməsə, yaxşı heç nəyə nail olunmayacaq. Paşinyan hökumətin iclasında xalqı müharibə təhlükəsi ilə şantaj etdi. Bu, təhdiddir və Paşinyanın xalqın ruhunu sındırmaq siyasətinin bariz nümunələrindən biridir”.
Əliyar Xəlil
Globalinfo.az














