Xəyyam Nisanov: “Ruhəngiz Qasımovanın vəfatı ağır itkidir”

Xəyyam Nisanov: “Ruhəngiz Qasımovanın vəfatı ağır itkidir”

“Ruhəngiz Qasımovanın vəfatı mənim üçün ağır itkidir”. 

Globalinfo.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında müğənni Xəyyam Nisanov deyib.

Onun sözlərinə görə, ən son 1 ay əvvəl telefonla danışıblar.

“O, bizim böyük sənətkarımız idi. Dahi sənətkar idi. Mənim üçün ağır itkidir. Ən son məclisdə görmüşdüm. Sonuncu dəfə 1 ay öncə telefonla danışdıq. Çox təəssüf edirəm”.