Xəbər verdiyimiz kimi, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mətbuat konfransı keçirilir.
Globalinfo.az xəbər verir ki, konfransda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax və BMT-nin Məskunlaşma Assambleyasının Prezidenti Nga Kor Minq iştirak edir.
Tədbirdə çıxış edən A.Rossbax bildirib ki, mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdeh olan nazirlər əldə olunmuş irəliləyişi müzakirə etmək və gələcək addımları müəyyənləşdirmək üçün Bakıda WUF13-də bir araya gəlirlər.
A.Quliyev isə qeyd edib ki, WUF13 şəhərsalma siyasəti və şəhər inkişafı sahəsində əhəmiyyətli iz buraxacaq:
“Bu, təkcə Azərbaycan üçün deyil, həm də dünya ölkələri üçün vacib tədbirdir. Şəhər merləri, rəsmi şəxslər, müxtəlif təşkilatların və institutların nümayəndələri Bakıda bir araya gəlir. Müxtəlif tərəflər bu tədbirdə birləşir”.
Ləman İmran
Globalinfo.az