Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) rəsmi açılış mətbuat konfransı keçirilir.
Globalinfo.az xəbər verir ki, konfransında qlobal mənzil böhranı, təhlükəsiz və dayanıqlı şəhərlərin inkişafı, urbanizasiya siyasətləri, şəhər dayanıqlığının gücləndirilməsi istiqamətində prioritet məsələlərin müzakirəsi nəzərdə tutulur.
Bakının ev sahibliyi etdiyi WUF13 dünyanın diqqətini Azərbaycana yönləndirən ən mühüm beynəlxalq platformalardandır.
Tədbir məkanı kimi Bakı Olimpiya Stadionu seçilib. Forumda 182 ölkədən 40 000 nəfərdən çox şəxs iştirak edir.
Qeyd edək ki, WUF13 forum tarixində ilk dəfə olaraq Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi ilə də fərqlənir.
Ləman İmran
Globalinfo.az
