vuf13

“Akkreditasiya mərkəzimizdə də bütün əməkdaşlar azərbaycanlıdır və fəaliyyətimizdə heç bir xarici platformaya istinad olunmur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.

O bildirib ki, bu, fəxr edilməli məqamdır:

“Hazırda 3000 könüllü fəaliyyət göstərir. Onlardan 100-ə yaxını əcnəbidir”.

Adil Məmmədov həmçinin qeyd edib ki, WUF13-ün keçiriləcəyi Bakı Olimpiya Stadionunda “WUF13 Media Mərkəzi” tam mərkəzdə yerləşir: “Media mərkəzi elə bir ərazidə qurulub ki, istənilən nöqtədən ora rahat şəkildə getmək mümkündür. Ərazidə həmçinin istiqamətləndirici və məlumatlandırıcı lövhələr yerləşdirilib. Həmin lövhələr iştirakçılara istiqamətləri müəyyənləşdirməyə kömək edir”.

Paylaş: