Vüsal Aslanov rəisi işdən çıxardı

Vüsal Aslanov rəisi işdən çıxardı

Bakı Metropoliteni” QSC-nin Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinin rəisi vəzifəsindən azad edilib. 

Globalinfo.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, QSC-nin sədri Vüsal Aslanovun əmri ilə departamentin rəisi Aqil Allahverdiyev tutduğu vəzəfisindən azad olunub.

Qeyd edək ki, Aqil Allahverdiyev bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilmişdi.

QSC-dən bildirilib ki, Aqil Allahverdiyev karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.

Xatıradaq ki, son aylar Vüsal Aslanov tərəfindən “Bakı Metropoliteni” QSC-yə təyin olunan xeyli sayda vəzifəli şəxs bir neçə ay qurumda çalışdıqdan sonra öz istəyi ilə vəzifələrindən azad olunublar.