Yazar, prodüser Vüqar Tapdıqlı vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə onun oğlu Üzeyir məlumat yayıb.
O, bildirib ki, yazar bu gün səhər saatlarında 63 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vüqar Tapdıqlı 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub.














