Milli Məclisin deputatı Vüqar İskəndərov Şəki Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib.
Globalinfo.az xəbər verir ki, görüş zamanı vətəndaşların müraciətləri dinlənilib.
Müraciətlər əsasən, məşğulluq, maddi yardım, səhiyyə, kommunal xidmətlər və s. sahələri əhatə edib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Digər məsələlər isə həll olunması məqsədi ilə aidiyyatı üzrə yönləndirilib.
















