vucic

Serbiya Prezidenti Aleksandar Vuçiç eynicinsli nikahlar və üç cins haqqında qanunları imzalamayacağını bildirib.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, o, bu barədə TV Pink telekanalında məlumat verib.

Onun sözlərinə görə, Serbiya cəmiyyəti “ənənəvidir” və Aİ “buna görə Serbiyaya hücum edir”.

“Əla – məni günahlandırın… Mən buna imkan vermədim” dedi.

Vuçiç bir müddət əvvəl ABŞ-ın Bosniya və Herseqovinanın Srpska Respublikasının siyasi rəhbərliyinə qarşı sanksiyaları fonunda Qərbin ikiüzlülüyünün və ikili standartlarının güclənməsindən danışıb.

 

Paylaş: