zakir vucic

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun Serbiyaya rəsmi səfəri davam edir.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyevin də iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Görüşdən sonra müdafiə naziri Kruşevaç şəhərində yerləşən “Slobodişte” Memorial Kompleksini ziyarət edib, İkinci Dünya müharibəsi qurbanlarının xatirəsinə inşa edilmiş abidə önünə əklil dəstəsi qoyaraq dərin hörmət və ehtiramını bildirib.

fdf0d345a840a0f88d87cba2168b9f02cad76a6ec0f5451a1a7fc6380d893214a07bbcf17520a360161e587e300b79d6

d33694bc84458b8acff6911e4f4a49d2

Paylaş: