Rusiyanın itkiləri haqda ŞOK: Ölənlərin çoxu türklərdir!

Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü gündəlik müraciətində deyib ki, Rusiya “terrorun sinoniminə çevrilib və bu terrora görə məğlubiyyət və ədalətli cəza nümunəsi olacaq”.

Zelenski bildirib ki, Rusiyanın şənbə günü atəş açması “Xersonda sadəcə ərzaq almaq üçün mağazaya gedən insanların həyatına son qoyub. Üç ukraynalı ölüb”.

Globalinfo.az amerikanınsəsi.org-a istinadən xəbər verir ki, Zelenski “qumar biznesi sxemləri ilə Ukraynaya qarşı işləyən, dövlətimizdən pul çıxaran və Rusiyanın müxtəlif sxemlərini maliyyələşdirən” 280-dən çox şirkət və 120 nəfərin sanksiyaya məruz qaldığını deyib.

Britaniya Müdafiə Nazirliyi bazar günü Ukrayna ilə bağlı kəşfiyyat məlumatında bildirib ki, Rusiya “son dərəcə ağır itkilər” verir, lakin onların təsiri ən zəngin Moskva və Sankt-Peterburq şəhərlərində hiss olunmur.

Hesabatda deyilir ki, şərq bölgələrində əhalinin ölüm nisbəti “Moskvadakından 30-40 dəfə çoxdur”.

Nazirliyin məlumatına görə, ən böyük zərbəni etnik azlıqlar çəkir.

Cənub Həştərxan vilayətində itkilərin təxminən 75%-i azlıq təşkil edən qazaxlar və tatarlar arasındadır.

Vaşinqtonda yerləşən Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məlumatına görə, Rusiya üçün artan itkilər Moskvaya da öz təsirini göstərir və hökumətin ölkənin informasiya sahəsinə nəzarətini itirməsində əks olunur.

Analitik mərkəz bildirib ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Kremlin yaxın çevrəsindəki daxili çəkişmələri” təsdiqləyib. Bu çəkişmələrə görə Kreml faktiki olaraq ölkənin informasiya məkanına nəzarəti itirib.